Futbol üzrə Mali milli komandasının və İspaniyanın “Almeriya” klubunun hücumçusu El Bilal Ture “Atalanta”ya keçib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
21 yaşlı forvardla uzunmüddətli müqavilə imzalandığı açıqlansa da, dəqiq tarix gizli saxlanılıb. “Atalanta” bu transferə görə 28 milyon avrosundan keçib.
El Bilal Ture peşəkar karyerasına “Reyms”də başlayıb. O, “Almeriya”ya 2022-ci ilin sentyabrında 8 milyon avro qarşılığında keçmişdi. Gənc hücumçu La Liqa təmsilçisində 22 oyuna 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Ture 2020-ci ildən Malinin əsas yığmasında forma geyinir. O, millidə artıq 15 matç keçirib, 5 qola imza atıb.


