El-Şaaravi qanunsuz mərc qoyuluşlarını haqda iddiaları təkzib etdi

“Roma”nın misirəsilli italyan hücumçusu Stefan El-Şaaravi qanunsuz mərc qoyuluşları ilə bağlı ittihamlara dair açıqlama verib:

Arena.az məlumat verir ki, təcrübəli forvard bu barədə sosial şəbəkədə yazıb:

“Mən özümü ortaya qoymağı sevən insan deyiləm, amma son bir neçə gündə baş verənlər sərhədi aşır. İnanıram ki, hər zaman sevdiyim idmana sadiqliyimə görə qiymətləndirilmişəm. Buna rəğmən, özümün təbiətincə heç vaxt edə bilmədiyim əməlləri törətməkdə məni ittiham edənlərin qurbanına çevrilərək, özümü müdafiə etmək məcburiyyətindəyəm. Məni azacıq da olsa tanıyan hər kəs bunu başa düşür. Heç vaxt şayiələrə əsaslanaraq mühakimə etməyin, təsdiq edilə bilən dəlillər olmadan insanları dinləməyin və sübut olmadan yalan xəbərlərin yayılmasını qidalandıran şərhlər verməyin. İnanın mənə: siz qarşı tərəfdə olsanız, bu, çox ağrılıdır”, deyə El-Şaaravi bildirib.

Xatırladaq ki, son vaxtlar İtaliya futbolunda baş qaldıram qanunsuz mərc qoyuluşları ilə bağlı qalmaqalın miqyası genişlənməkdə davam edir. Sübuta yetirilmiş ittihamlar hətta İtaliya yığmasının futbolçularını ehtiva edir. Müvafiq iş İtaliyanın əlaqədar hüquq-mühafizə orqanlarının nəzarətindədir və hazırda təqsirləndirilən şəxslərin cinayət əməllərinin sübuta yetirilməsi üçün istintaq aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaş: