Elçin Səmədli Gürcüstan – Ermənistan oyununa təyinat aldı

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli futzal üzrə Ermənistan yığma komandasının oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, o, futzal üzrə DÇ-2024-ün elit mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – Ermənistan matçında iş başında olacaq.

Qarşılaşma sentyabrın 15-də Gürcüstanın paytaxtı Tiflisdə baş tutacaq. Elçin Səmədli bu görüşdə referilərin işinə qiymət verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: