Elgün Bayramov “Kəpəz”lə yeni müqaviləyə imza atdı

2026/2027-ci illər mövsümünə hazırlığını davam etdirən “Kəpəz” ehtiyat qapıçısı Elgün Bayramov ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı qolkiperlə 1 illik yeni müqavilə imzalanıb. O, 2026/2027-ci illər mövsümünün sonuna kimi Gəncə təmsilçisinin uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, Elgün Bayramov 2023-cü ildə MOİK-dən “Kəpəz”ə keçib. O, ötən mövsüm cəmi 2 oyunda Gəncə komandasının qapısını qoruyub.

“Kəpəz” daha öncə Əli Səmədov, Rəhman Hacıyev, Dioqo Verdaska və Ümid Səmədovla da yeni müqavilə bağlayıb, Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar, Ürfan Abbasov, Kennet Kalunqa, Rafael Məhərrəmli və Viktor Stinanı heyətinə qatıb.

Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov, Camal Cəfərov, Ehtiram Şahverdiyev, Olavale Onanuqa, Ryonosuke Ohori isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: