Elman Sultanov – “Mingəçevir”in yeni baş məşqçisi!

Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarzə aparan “Mingəçevir” komandasının baş məşqçi postuna Elman Sultanov gətirilib.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

52 yaşlı mütəxəssislə 2026/2027-ci illər mövsümünü əhatə edən 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Mingəçevir” Birinci Liqanın yeni mövsümünün ilk turunda “Zaqatala” ilə qarşılaşacaq. Birinci Liqada 2026/2027-ci illər mövsümünə sentyabrın 3-də start veriləcək.

“Mingəçevir” ötən mövsüm Ramiz Məmmədovun rəhbərliyi altında Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparsa da, pley-off oyununda “Qəbələ”yə uduzaraq bu vəzifənin öhdəsindən gələ bilməmişdi. Ramiz Məmmədov mövsüm bitən kimi bu komandadan ayrılıb və “Karvan”ın sükanı arxasına keçib.

Elman Sultanov isə daha öncə “Bakılı”, “Səbail”, “Baku Sportinq”, “Neftçi” (U-17), “Difai” (məşqçi köməkçisi) kimi klublarda çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: