Elvin Məmmədov böyük futbolla vidalaşdı – Video

Futbol üzrə Azərbaycan milli komandasının keçmiş yarımmüdafiəçisi Elvin Məmmədov futbolçu karyerasını başa vurub.

Arena.az Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün Azərbaycan Birinci Liqasına vəsiqə qazanan “Cəbrayıl”ın üzvü, “Araz Saatlı” ilə keçirilən pley-off oyunundan sonra komanda yoldaşları ilə vidalaşıb.

Xatırladaq ki, Elvin əslində futbolçu karyerasını hələ ötən ilin yayında başa vurmuşdu. 2023/2024 mövsümünü “Şamaxı”da keçirmiş Məmmədov bu klubdan ayrılandan sonra işsiz idi. Lakin İkinci Liqada mübarizə aparan “Cəbrayıl”ın təklifindən sonra yarımmüdafiəçi karyerasını bərpa etmişdi.

“Turan”ın yetirməsi olan Elvin Məmmədov karyerası ərzində “İnter”, “Qarabağ”, “Bakı”, “Zirə”, “Qəbələ” və “Sumqayıt”ın da formasını geyinib. O, 2008-2017-ci illər aralığında Azərbaycan millisinin heyətində 38 oyun keçirib, 7 qol vurub.

Elvinin oynadığı klublardakı statistikası belədir:

“Bakı” – 71 oyun, 3 qol

“İnter”/“Şamaxı” – 62 oyun, 4 qol, 4 assist

“Qarabağ” – 60 oyun, 4 qol

“Zirə” – 53 oyun, 6 qol, 2 assist

“Sumqayıt” – 53 oyun, 2 qol, 4 assist

“Qəbələ” – 14 oyun, 2 qol

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: