Emin Cəfərov “Aktobe” – “Sparta” matçında

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən növbəti təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Cəfərov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Aktobe” (Qazaxıstan) – “Sparta” (Çexiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi stadionda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: