AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov Avropa Liqasının 3-cü təsnifat mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Borats” (Bosniya və Herseqovina) – “Klaksvik” (Farer adaları) oyununun UEFA nümayəndəsi Emin Cəfərov olacaq.
“Boraç” – “Klaksvik” matçını bolqarıstanlı baş hakim Georgi Kabakov idarə edəcək. Banya Luka şəhərində yerləşən “Qradski” stadionunda keçiriləcək görüş avqustun 15-də baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Bu komandalar arasındakı ilk qarşılaşması avqustun 8-də Farer adalarında keçiriləcək.



