Emin Cəfərov “İberiya” – “Larne” matçına təyinat aldı

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov Avropa Liqasının (Avroliqa) 3-cü təsnifat mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Emin Cəfərov Avropa Liqasının 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “İberiya” (Gürcüstan) – “Larne” (Şimali İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma avqustun 11-də Tiflis şəhərində yerləşən “Mixail Mesxi” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xatırladaq ki, “İberiya” ilə “Larne” arasında Şimali İrlandiyada baş tutmuş ilk oyunda qalib müəyyənləşməyib. Tərəflər həmin oyunda qolsuz heç-heçəyə razılaşıblar – 0:0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: