Erik ten Haqın yeni iş yeri məlumdur – MY-dən ayrılacaq

“Mançester Yunayted”in futbolçuları baş məşqçi Erik ten Haqın gələn mövsüm komandaya rəhbərlik edəcəyinə şübhə ilə yanaşırlar.

Arena.az xəbər verir ki, mütəxəssis paltardəyişmə otağından dəstək alır, amma futbolçular məşqçinin klubdakı gələcəyinə getdikcə daha çox şübhə edirlər.

Komandada çoxları inanır ki, klubun yeni həmsahibi, britaniyalı milyarder Cim Retkliff komandada dəyişiklik edəcək və holland mütəxəssisi istefaya göndərəcək. Buna səbəbin isə “Mançester Yunayted”in uğursuz nəticələri olduğu vurğulanır.

Erik ten Haqın yayda istefaya göndəriləcəyi təqdirdə, “qırmızı şeytanların müvafiq vəzifəyə mümkün namizədləri də məlumdur. Ten Haq istefaya göndərilərsə, “Brayton”un baş məşqçisi Roberto De Zerbi və İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt “Mançester Yunayted”i çalışdıra biləcək əsas namizədlərdir.

Vurğulanır ki, 53 yaşlı mütəxəssis Sautqeyt 2024-cü il Avropa Çempionatından sonra İngiltərə yığmasında gələcəyi ilə bağlı hələ də qərarsız olduğu və 2009-cu ildə “Midlsbro” tərəfindən qovulmasından sonra heç bir klubu çalışdırmadığı üçün “qırmızı şeytanlar”ın əsas seçimi deyil.

Erik ten Haq isə Niderland nəhəngi “Ayaks”ın baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biridir. “Ayaks”ın yeni icraçı direktoru Aleks Kruza mövsümün sonunda komandanın hazırkı baş məşqçisi Con Van‘t Sxipə əvəzedici tapmaq tapşırılıb.

Vurğulanır ki, Yurgen Klopun köməkçisi Pep Lindersin mövsümün sonunda alman mütəxəssislə birlikdə “Liverpul”dan ayrılacağı və baş məşqçi vəzifəsini yerinə yetirmək iddiaları olduğu halda, “Ayaks” üçün ən yaxşı seçim olaraq görülür. Bununla belə, “Ayaks”ın Erik ten Haqı yenidən kluba qaytarmağı düşündüyü bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: