“Everton” icarəyə götürdüyü dörd futbolçu ilə yollarını ayırdı

“Everton”un icarəyə götürdüyü dörd futbolçu icarə müqaviləsinin başa çatması ilə “qənnadçılar”ın düşərgəsini tərk edəcək.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

27 yaşlı belçikalı dayaq yarımmüdafiəçisi Orel Manqalya Lion “Olimpik”inə qayıdacaq.

Sağ cinah hücumçuları – 28 yaşlı ingilis futbolçu Cek Harrison “Lids”ə, 25 yaşlı danimarkalı futbolçu Yesper Lindström “Napoli”yə geri qayıdacaqlar.

23 yaşlı alban mərkəz hücumçusu Armando Broya isə “Çelsi”nin düşərgəsinə geri dönəcək.

Xatırladaq ki, “Everton” İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümünü 48 xalla 13-cü pillədə başa vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: