“Everton” tarixi uğursuzluğa imza atdı

İngiltərə Premyer Liqasının 28-ci turunda “Mançester Yunayted”ə qarşı səfər oyunu “Everton” üçün tarixi uğursuzluqla əlamətdar olub.

Arena.az məlumat verir ki, sözügedən komanda bu oyunda 0:2 hesabı ilə məğlub olub.

“Squawka” dərgisinin məlumatına əsasən, bu məlubiyyət nəticəsində “Everton”, tarixində bir təqvim ilinin ilk 8 oyununda heç bir qələbə qazanmamasını rəsmiləşdirmiş antirekorda imza atıb. “İrislər” bu 8 oyunun 3-də məğlub olub, 5-də isə heç-heçə oynayıblar.

28 turdan sonra Liverpul təmsilçisi Premyer Liqanın yarış cədvəlində 25 xalla 16-cı pillədə qərarlaşıb. Xatırladaq ki, maliyyə feyr-pleyi qaydalarını pozduğu üçün “göylər” 6 xalından məhrum ediliblər. “Mançester Yunayted” isə 47 xalla 6-cı yerdədir. Premyer Liqaya 63 xalla “Liverpul” başçılıq edir.