Bu gün “Everton” Futbol Klubu bazar ertəsi 78 yaşında vəfat etmiş, klubun sədri Bill Kenraytın ölüm xəbərini açıqlayıb.
Arena.az bu barədə Premyer Liqa klubunun mətbuat xidmətinə istinadən məlumat verir:
“Everton” Futbol Klubu dünən gecə 78 yaşında, ailəsi və yaxınlarının əhatəsində dinc şəkildə dünyasını dəyişmiş, İdarə Heyətinin sədri Bill Kenraytın vəfatından kədərlənir.
Klub sədrini, rəhbərini, dostunu və ilhamını itirib. Klubdakı hər kəsin düşüncələri və duaları həyat yoldaşı Cenni Siqrouv, qızı Lusi Kenrayt, nəvələri və onu tanıyan və sevən hər kəslədir.
Kenrayt bir teatr prodüseri kimi olduqca rəngarəng bir həyat yaşadı. O, “Qan qardaşları” və “Şöhrət” kimi hitlərdə iştirak edərək sevimli “irislər”ini (“Everton”un ləqəblərindən biri – redaktorun qeydi) almaq üçün gərəkli milyonları qazanıb”, – klubun mətbuat xidməti bildirib.
Kenrayt 1989-cu ildən “Qudison Park”da idarə heyətinin üzvü olandan bəri klubda olub. Kenraytın konsorsiumu klubu 1999-cu ildə alıb və o, 2004-cü ildən sədr olub.
Kenraytın rəhbərliyi altında “Everton” 2005-ci ildə İngiltərə Premyer Liqasının ilk dördlüyünə daxil olub. Komanda 2009-cu ildə İngiltərə Kubokunun finalına yüksəlib və 6 dəfə Avropa Liqasına vəsiqə qazanıb.



