Eyden Makkarti “Sabah”da!

Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubunun mərkəz müdafiəçisi Eyden Makkarti bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Sabah”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, klub heyətini yeni futbolçu ilə gücləndirib. Cənubi afrikalı müdafiəçi Eyden Makkarti ilə 3+1 illik müqavilə imzalanıb.

Gənc futbolçu Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubundan transfer edilib. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu “Kayzer Çifs” klubunun yetirməsidir. 22 yaşlı oyunçu CAR-ın U-23 millisinin də üzvüdür.

Xatırladaq ki, “Sabah” Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün qalibidir. “Qızıl dubl”a imza atmış paytaxt təmsilçisi yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək.

Makkarti “bayquşlar”ın bu yay həyata keçirdiyi ilk transferdir. Klub daha öncə Jesse Sekidika, Pavol Şafranko, Nicat Mehbalıyev və Amin Seydiyevlə yollarını ayırmış, Coy-Lens Mikels, Stas Pokatilov, Velko Simiç və Tellur Mütəllimovla yeni müqavilə bağlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: