“Neftçi”nin yetirməsi olan müdafiəçi Fariz Xayrullayev bundan sonrakı karyerasını Premyer Liqa təmsilçisi “Şamaxı”da davam etdirəcək.
Arena.az xəbər verir ki, bu barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Transferin digər detalları açıqlanmayıb.
Xatırladaq ki, Fariz Xeyrullayev son olaraq “Neftçi”nin əvəzedicilərdən ibarət komandasında çıxış edib.
“Şamaxı” bu yay Uğur Cahangirov, Emin Rüstəmov, Sənan Muradlı, Ceyhun Bağırzadə, Okan Təhməzli, Hacıəli Şirəliyev, Emil Süleymanov, Nicat Qaragözlü, Jota, Rui Paçeko, David Deqo, Tornike Axvlediani, Abdul Raşid Mumini və Filipe Markesi də heyətinə qatıb. Abdulla Seydəhmədov və Həbib İsmayılovla yeni müqavilə imzalanıb. Alfons Msanqa, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Rodriqo Fernandes, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike, Ravil Qafarov və Dioqo Balau da komandanı tərk ediblər.


