Futbol üzrə İngiltərə Federasiya Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, ikinci yarımfinal qarşılaşması “Çelsi” və “Kristal Pelas” komandaları arasında baş tutub.
London təmsilçisi bu oyunda inamlı qələbə qazanmaqla növbəti finalçı olub. Daha öncə “Liverpul” “Mançester Siti”ni məğlub edərək həlledici oyunda iştirak hüququ qazanmışdı.
Beləliklə, final qarşılaşmasında “Liverpul”la “Çelsi” komandaları üz-üzə gələcək. Federasiya Kubokunda həlledici oyunun mayın 14-də keçirilməsi nəzərdə tutulub.
İngiltərə kuboku
Yarımfinal
16 aprel
Mançester Siti – Liverpul 2:3
Qol: Qriliş, 47. B.Silva, 90+1 – Konate, 9. Mane, 17; 45.
17 aprel
Çelsi – Kristal Pelas 2:0
Qol: Loftus-Çik, 65. Maunt, 76.


