Feliks Lemareşal “Monako”nu “Strasburq”a dəyişdi – 6 milyona

“Monako”nun hücumamaeyilli yarımmüdafiəçisi Feliks Lemareşal bundan sonra “Strasburq”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə açıqlayıb.

21 yaşlı futbolçu yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalayıb. Onun transferi “Strasburq”a 6 milyon avroya başa gəlib. Yarımmüdafiəçi yeni klubunda 6 nömrəli formanı geyinəcək.

Feliks Lemareşal futbola Fransanın “Bordo” klubunda başlasa da, “Monako”nun yetirməsidir. O, 2019-cu ildən knyazlıq təmsilçisinin sıralarında idi. Yarımmüdafiəçi “Monako”nun əsas komandasında cəmi 2 oyuna çıxıb.

Lemareşal “Monako”da az forma şansı qazandığı üçün son mövsümlərdə icarədə də olub. O, “Brest” və “Serkl Brügge” kimi klubların formasını geyinib.

Feliks Fransanın U-16 və U-17 yığmalarında oynasa da, sonradan ona ehtiyac duyulmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: