Futbol üzrə İspaniya milli komandasının sabiq hücumçusu Fernando Lyorente peşəkar karyerasını başa vurduğunu elan edib. Arena.az xəbər verir ki, veteran futbolçu bu qərarını sosial şəbəkə hesabı vasitəsilə elan edib.
O, 37 yaşında futbolla vidalaşdığını açıqlayıb. 2022-ci ilin yayında “Eybar”dan ayrılandan sonra klubsuz qalan hücumçu özünə yeni iş yeri tapa bilmədiyi üçün karyerasını bitirdiyini bildirib.
Fernando Lyorente sono olaraq 2021/22 mövsümündə “Eybar”ın uğurları üçün çalışıb. O, bu komandada 22 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Lyorente peşəkar karyerasına “Baskoniya”da başlayıb. O, karyerası ərzində ölkəsinin “Atletik” və “Sevilya” klublarının da uğurları üçün çalışıb. Hücumçu İtaliyanın “Yuventus”, “Napoli” və “Udineze”, həmçinin İngiltərənin “Suonsi Siti” və “Tottenhem” klublarında legioner həyatı da yaşayıb.
Təcrübəli hücumçu 2008-2013-cü illər aralığında İspaniya milli komandasının heyətində 24 oyuna çıxıb. O, bu oyunlarda 7 qola imza atıb. Futbolçu milli komanda ilə 2010-cu ildə dünya, 2 il sonra isə Avropa çempionu olub.


