Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernando Santos mayın 23-də mətbuat nümayəndələri ilə görüş keçirəcək.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məkumat yayıb.
Xəbərdə bildirilir ki, AFFA-nın inzibati binasında baş tutacaq mətbuat konfransına saat 16:00-da start veriləcək.
Fernando Santos mətbuat konfransında Azərbaycan millisinin qarşıdakı yoxlama oyunları üçün heyətini açıqlayacaq.
Qeyd edək ki, millimiz iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya yığması ilə üz-üzə gələcək. İyunun 10-da isə komandamızı “Dalğa Arena”da Macarıstan yığması ilə oyun gözləyir.


