İyunun 13-də Azərbaycan millisinin yeni baş məşqçisi Fernando Santosun təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Hilton” hoteldə təşkil olunacaq tədbir saat 12:00-da başlayacaq.
Xatırladaq ki, bu gün AFFA Fernando Santosun Azərbaycan milli komandasının baş məşqçisi təyin olunduğunu açıqlayıb.


