Portuqaliyanın “Amora” komandasının mərkəz yarımmüdafiəçisi Filipe Markes bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Şamaxı”nın mətbuat xidmətinə istinadən xəbər verir.
Portuqaliyalı yarımmüdafiəçi yeni klubuna azad agent kimi keçib. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Markesin sonuncu iş yeri Portuqaliyanın “Amora” komandası olub. O, 2024-cü ildən formasını geyindiyi bu klubun heyətində 38 oyuna 1 assistlə yadda qalıb.
Filipe Markes karyerası ərzində “Anadia”, “Oliveyrense”, “İnternasional de Madrid”, “Fuenlabrada”, “Rayo Valyekano” (B), “Maria da Fonte” və “Vila Mea” kimi klublarda da çıxış edib.
“Şamaxı” daha öncə Uğur Cahangirov, Emin Rüstəmov, Sənan Muradlı, Ceyhun Bağırzadə, Okan Təhməzli, Hacıəli Şirəliyev, Emil Süleymanov, Nicat Qaragözlü, Jota, Rui Paçeko, David Deqo, Tornike Axvlediani və Abdul Raşid Mumini ilə də güclənmişdi. Alfons Msanqa, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Rodriqo Fernandes, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike, Ravil Qafarov və Dioqo Balau komandanı tərk ediblər. Abdulla Seydəhmədov və Həbib İsmayılov isə klubla yeni müqaviləyə imza atıblar.


