Futbol üzrə Azərbaycan Kubokunun indiyə qədər keçirilmiş 30 final matçını 18 baş hakim idarə edib.
Arena.az xəbər verir ki, 1992-ci ildən keçirilən yarışın şərikli rekordçuları Fariz Yusifovla Əliyar Ağayevdir. Onlar hamıdan çox – hərəyə 4 dəfə həlledici görüşdə ədaləti qoruyub.
Vüsal Əliyev və Xaqani Məmmədov 3, Tahir Süleymanovla İnqilab Məmmədov 2 final idarə edib. Digər 12 referi isə hərəyə 1 dəfə finalda baş hakim funksiyasını yerinə yetirib. Bunlar Gülağa Cabbarov, Orucəli Durmuşov, Nüvər Xasıyev, Asim Xudiyev, Məhəmməd Məmmədov, İmanxan Sultani, Manuel Qrafe (Almaniya), Elçin Məmmədov, Rəhim Həsənov, Rauf Cabbarov, Elçin Məsiyev və Rəvan Həmzəzadədir.
Xatırladaq ki, “Qarabağ”la “Sabah” arasında baş tutacaq 31-ci Azərbaycan Kubokunun final matçı İnqilab Məmmədova tapşırılıb. Bir sözlə, o, bu oyunu idarə etməklə Vüsal Əliyev və Xaqani Məmmədova çatmış olacaq.
“Qarabağ”la “Sabah”ın 30-cu dueli
Yeri gəlmişkən, Azərbaycan Kubokunun finalı “Qarabağ”la “Sabah” arasında 30-cu duel olacaq. Əvvəlki 29 oyundan 27-si çempionat, 2-si kubok çərçivəsində baş tutub.
Ağdam klubu 16, Bakı təmsilçisi 3 qələbə qazanıb. 10 matçda qalib müəyyənləşməyib. “Qarabağ” bu oyunlarda 60, “Sabah” isə 29 qol vurub.
29.09.2018. Premyer Liqa. “Sabah” (Bakı) – “Qarabağ” (Ağdam) – 0:2
24.11.2018. Premyer Liqa. “Qarabağ” (Ağdam) – “Sabah” (Bakı) – 1:1
23.02.2019. Premyer Liqa. “Sabah” (Bakı) – “Qarabağ” (Ağdam) – 1:1
13.04.2019. Premyer Liqa. “Qarabağ” (Ağdam) – “Sabah” (Bakı) – 3:0
06.10.2019. Premyer Liqa. “Qarabağ” (Ağdam) – “Sabah” (Bakı) – 2:0
02.12.2019. Premyer Liqa. “Sabah” (Bakı) – “Qarabağ” (Ağdam) – 0:1
29.02.2020. Premyer Liqa. “Qarabağ” (Ağdam) – “Sabah” (Bakı) – 0:0
22.08.2020. Premyer Liqa. “Qarabağ” (Ağdam) – “Sabah” (Bakı) – 2:0
21.01.2021. Premyer Liqa. “Sabah” (Bakı) – “Qarabağ” (Ağdam) – 1:2
13.03.2021. Premyer Liqa. “Qarabağ” (Ağdam) – “Sabah” (Bakı) – 2:0
09.05.2021. Premyer Liqa. “Sabah” (Bakı) – “Qarabağ” (Ağdam) – 0:4
17.10.2021. Premyer Liqa. “Sabah” (Bakı) – “Qarabağ” (Ağdam) – 1:2
04.12.2021. Premyer Liqa. “Qarabağ” (Ağdam) – “Sabah” (Bakı) – 5:1
12.03.2022. Premyer Liqa. “Sabah” (Bakı) – “Qarabağ” (Ağdam) – 0:1
03.05.2022. Premyer Liqa. “Qarabağ” (Ağdam) – “Sabah” (Bakı) – 1:1
11.09.2022. Premyer Liqa. “Qarabağ” (Ağdam) – “Sabah” (Bakı) – 4:3
13.11.2022. Premyer Liqa. “Sabah” (Bakı) – “Qarabağ” (Ağdam) – 0:0
11.02.2023. Premyer Liqa. “Qarabağ” (Ağdam) – “Sabah” (Bakı) – 1:1
16.04.2023. Premyer Liqa. “Sabah” (Bakı) – “Qarabağ” (Ağdam) – 2:1
17.09.2023. Premyer Liqa. “Qarabağ” (Ağdam) – “Sabah” (Bakı) – 2:0
24.11.2023. Premyer Liqa. “Sabah” (Bakı) – “Qarabağ” (Ağdam) – 1:2
30.01.2024. Azərbaycan kuboku. “Sabah” (Bakı) – “Qarabağ” (Ağdam) – 1:7
08.02.2024. Azərbaycan kuboku. “Qarabağ” (Ağdam) – “Sabah” (Bakı) – 3:4
11.02.2024. Premyer Liqa. “Qarabağ” (Ağdam) – “Sabah” (Bakı) – 3:3
14.04.2024. Premyer Liqa. “Sabah” (Bakı) – “Qarabağ” (Ağdam) – 3:2
29.09.2024. Premyer Liqa. “Qarabağ” (Ağdam) – “Sabah” (Bakı) – 3:2
07.12.2024. Premyer Liqa. “Sabah” (Bakı) – “Qarabağ” (Ağdam) – 1:1
22.02.2025. Premyer Liqa. “Qarabağ” (Ağdam) – “Sabah” (Bakı) – 1:1
27.04.2025. Premyer Liqa. “Sabah” (Bakı) – “Qarabağ” (Ağdam) – 1:1


