Flik: “Borussiya” sabit komandadır”

“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasının 1/4 finalının Dortmund “Borussiya”sı ilə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az AS dərgisinə istinadən, alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Əgər biz Çempionlar Liqasının 1/4 finalına çıxmışıqsa, deməli, biz eyni ruhda davam etməyə sazlanmışıq. Biz iki yaxşı oyun keçirmək istəyirik. Bu isə asan olmayacaq, çünki “Borussiya” – son vaxtlar yaxşı oynamış və güclü hücum etmiş sabit komandadır”, deyə Hansi Flik vurğulayıb.

“Barselona” – “Borussiya” oyunu bu gün, aprelin 9-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: