Florentino Peres: “Biz 16-cı ÇL-i də qazanmaq istəyirik”

“Real”ın prezidenti Florentino Peres “qaymaqlılar”ın 2023/2024-cü illər mövsümü Çempionlar Liqasında qalibiyyəti haqda danışıb.

Arena.az xatırladır ki, “Real” iyunun 1-də Londonun “Uembli” stadionunda Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edərək, tarixində 15-ci dəfə Avropanın ən mötəbər klub yarışının qalibi olub.

“Biz çox xoşbəxtik! Çempionlar Liqasını qazanmaq asan deyil, hər kəsin bildiyi bu yarışda “Real”ın öz tarixi var. Rəqiblər daha ilhamlıdırlar və onlar artırlar. Yaxşı yarış keçirdik və bizim üçün 15-ci olan bu kuboka layiqik. Bu komanda – ailədir. Komanda – uğurumuzun açarıdır”, – “Marca” nəşrdi Peresdən sitat gətirir.

Florentino Peres həmçinin növbəti Çempionlar Liqasında da qalibiyyətə kökləndiyini bildirib:

“Düşünürəm ki, biz artıq növbəti hədəfə köklənmişik. 16-cı kuboku qazanmaq istəyirik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: