Florentino Peres: “Klublar öz taleyinə özləri nəzarət edəcəklər”

“Real”ın prezidenti və Avropa Super Liqasının yaradılmasının təşəbbüskarlarından biri Florentino Peres məhkəmənin qərarı ilə bağlı danışıb.

Arena.az xatırladır ki, bu gün Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən fəaliyyətlərini qanunsuz kimi tanıyıb.

“Bugünkü məhkəmə qərarından sonra böyük tarixi əhəmiyyət kəsb edən iki nəticə ortaya çıxır. Birincisi, Avropa klub futbolu monopoliya deyil və bundan sonra da olmayacaq. İkincisi, bu gündən etibarən bütün klublar öz müqəddəratlarını idarə edəcəklər”, – “Relevo” dərgisi Peresdən sitat gətirir.

Hazırda Super Liqanın iştirakçıları siyahısında yalnız “Real” və “Barselona” qalıb. Məhkəmənin qərarına müvafiq olaraq, Super Liqanın keçiriləcəyi halda, İspaniya komandaları Çempionlar Liqası, Avropa turnirləri və ya FIFA yarışlarından kənarlaşdırıla bilməzlər.

Xəbəri sosial şəbəkələrdə paylaş: