Florentino Peres koronavirusa yoluxub

“Real”ın 76 yaşlı prezidenti Florentino Peres koronavirusa yoluxub və bu səbəbdən komandasının “Osasuna” ilə oyununa qatılmayıb.

Arena.az bu barədə jurnalist Xose Luis Sançesə istinadən məlumat verir.

Xatırladaq ki, Peres ikinci dəfədir koronavirusa yoluxub. İlk dəfə 2021-ci ilin fevralında azarlamış Peresin xəstəliyi təzahürsüz keçmişdi.

“Real” oktyabrın 7-də İspaniya La Liqasının 9-cu turu çərçivəsində keçirilmiş oyunda “Osasuna”nı 4:0 hesabı ilə darmadağın edərək, turnir cədvəlində 24 xalla vahid liderliyini möhkəmləndirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: