Madrid “Real”ının prezidenti Florentino Peres “qaymaqlılar”ın azarkeşinin Kilian Mbappenin transferi ilə bağlı sualını cavablayıb.
Arena.az “Goal”a istinadən xəbər verir ki, azarkeşlərdən biri “Kral klubu”nun PSJ-nin fransız hücumçusu Kilian Mbappeni transfer edib-etməyəcəyi ilə bağlı sualına Florentino Peres qeyri-müəyyən cavab verib:
“Bəli, amma bu il yox”, deyə Peres konkret olub.
Xatırladaq ki, ötən il Mbappe “Real”a keçməyə çox yaxın olsa da, son anda PSJ ilə müqaviləsini 2025-ci ilə qədər uzatmışdı.
Mbappe 2022/2023 mövsümündə PSJ-nin heyətində 43 oyunda meydana çıxıb. O, bu oyunlarda 41 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib və Fransa çempionluğunu qazanıb.
“Transfermarkt” internet-portalı Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


