Florian Virts 2027-ci ilə qədər “Bayer”də!

Almaniyanın “Bayer” klubu yarımmüdafiəçisi Florian Virts ilə yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu ilə müqavilənin müddəti 2027-ci ilin iyununa qədər artırılıb. Əvvəlki müqavilənin müddəti 2026-cı ilin yayında başa çatacaqdı.

Qeyd edək ki, Florian Virts “Bayer”in öz yetiməsidir. O, 2020-ci ildən əsas komandaya cəlb olunmağa başlayıb. Almaniyanın gənclərdən ibarət yığmasının da üzvü olan futbolçu, Leverkuzen təmsilçisində bütövlükdə 78 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 19 qol və 22 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: