Almaniyanın “Bayer” klubu yarımmüdafiəçisi Florian Virts ilə yeni müqavilə imzalayıb.
Arena.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
18 yaşlı futbolçu ilə müqavilənin müddəti 2026-cı ilin iyununa qədər artırılıb. Əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayında başa çatacaqdı.
Qeyd edək ki, Virts “Bayer”in öz yetiməsidir. O, ötən mövsümdən əsas komandaya cəlb olunmağa başlayıb və öz çıxışı ilə digər klubların da diqqət mərkəzindədir. Bu mövsüm Bundesliqada 26 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edən Virtsin “transfermarkt”da dəyəri 45 milyon avrodur. Almaniyanın gənclərdən ibarət yığmasının da üzvü olan futbolçu cari mövsümdə bütövlükdə 35 matça çıxıb, 7 qol vurub.


