Françesko Totti: “Bu, onun yeganə zəif nöqtəsi idi”

“Roma” və İtaliya yığmasının əfsanəsi Françesko Totti “Real”ın prezidenti Florentino Pereslə uğursuz transferlə bağlı xatirələrini paylaşıb.

Arena.az “Marca” nəşrinə istinadən Tottinin xatirələrini diqqətinizə çatdırır:

“Niyə “Real” “Roma”dan sonra mənim ən böyük futbol sevgimdir? Mən onu uşaqlıqdan həmişə bəyənmişəm. Uşaq olanda Romada onların bütün oyunlarına baxırdım. O vaxt “Real” bütün böyük oyunçuları ilə məni ruhlandıran klub idi. Onların oyununu böyük duyğularla izləyirdim.

Florentino Pereslə danışmaq və ondan o vaxt niyə mənimlə müqavilə imzalaya bilmədiyini soruşmaq imkanım olubmu? Bəli, mən onunla bir neçə dəfə görüşmüşəm və o, mənə dedi ki, karyerasının yeganə çatışmazlığı məni “Real”a apara bilməməsidir, bu, onun yeganə zəif nöqtəsi idi”, deyə Totti xatırlayır.

“Roma”nın heyətində Totti İtaliya çempionatını (2000/2001), İtaliya Kubokunu (2006/2007, 2007/2008) və İtaliya Super Kubokunu (2001, 2007) qazanıb. Bundan əlavə, hücumçu İtaliya yığması ilə dünya çempionu olub (2006). Françesko Totti bu gün də adını “Roma”nın tarixinə yaza bilmiş canlı əfsanə kimi azarkeşlər tərəfindən sevilir və hörmətlə anılır.

Xəbəri sosial şəbəkələrdə paylaş: