Futbol üzrə Fransa kubokunda 1/8 final mərhələsinin cütləri məlum olub. Arena.az xəbər verir ki, “Qarabağ”ın Konfrans Liqasındakı rəqibi – Marsel “Olimpik”i növbəti mərhələdə “Monpelye” ilə qarşılaşacaq.
Son çempion PSJ bu mərhələdə “Nitsa” ilə üz-üzə gələcək. “Monako” isə “Lans”la mübarizə aparacaq.
Fransa kubokunda 1/8 final mərhələsinin oyunları yanvarın 28-də keçiriləcək.
Fransa kuboku
1/8 final mərhələsi
Versal – Tuluza
Berjerak – Sent-Etyen
Olimpik (Marsel) – Monpelye
PSJ – Nitsa
Nansi – Amyen
Lans – Monako
Reyms – Bastiya
Nant – Brest


