Fransa Kubokunda ilk finalçı Lion “Olimpik”i oldu

Ötən gecə futbol üzrə Fransa Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinə start verilib və ilk finalçı müəyyənləşib.

Arena.az xəbər verir ki, mərhələnin ilk oyunu Lion “Olimpik”i ilə “Valansyen” arasında baş tutub.

Matç Lion təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Aleksandre Lakazette dubla imza atıb. Matçda son nöqtəni isə Gift Orban qoyub.

Yarımfinalın digər görüşü bu gecə PSJ və “Renn” komandaları arasında keçiriləcək.

Xatırladaq ki, Fransa Kubokunda final qarşılaşması mayın 25-də keçiriləcək.

Fransa Kuboku
Yarımfinal
2 aprel

Olimpik (Lion) – Valansyen 3:0
Qollar: Lakazette, 51-pen; 57. Orban, 75.

3 aprel

23:10. PSJ – Renn

Xəbəri sosial şəbəkələrdə paylaş: