Furlani Piolinin “Milan”ın baş məşqçisi kimi gələcəyindən danışdı

“Milan”ın baş direktoru Corco Furlani “rossoneri”nin baş məşqçisi, italyan mütəxəssis Stefano Piolinin gələcəyi barədə danışıb.

Arena.az “La Gazzetta dello Sport” dərgisinə istinadən, Furlaninin dilindən “Milan”ın bu barədə mövqeyini təqdim edir:

“İndiyə qədərki mövsümü uğurlu hesab etmək olar. Ötən il olduğu kimi, rəqiblərimiz arasında bütün gözləntiləri üstələyən komanda meydana çıxdı: o vaxt “Napoli” idi, indi “İnter”. Amma Piolinin “Milan”da müəyyənliklə müsbət tarixi var, çünki o, klubu Çempionlar Liqasına qaytardı və “skudetto”nu qazandı.

Onu mütəmadi olaraq tənqid edirlər, amma o, yaxşı nəticələr əldə edib. Klubumuzda heç kim Piolinin mövqeyinin təhlükə altında olduğunu deməyib. Onun perspektivlərini indi qiymətləndirmək düzgün olmazdı”, – deyə Furlani vurğlulayaq, yekun qərar üçün mövsümün nəticələrinin əsas olacağını başa düşməyə imkan verib.

Stefano Pioli “Milan”ı 2019-cu ilin oktyabrından çalışdırır. İtalyan mütəxəssisin “rossoneri” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Hazırda “Milan” İtaliya A Seriyasının yarış cədvəlində 29 oyundan 62 xalla 2-ci yerdə qərarlaşıb. A Seriyasına 76 xalla “İnter” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: