Futbolçunun avtomobili güllələndi, hadisəyə səbəb…

İtaliyanın “Focca” komandasının kapitanı Davide Di Paskualenin avtomobili döyüş güllələri ilə dəlmə-deşik edilmiş vəziyyətdə tapılıb.

Arena.az hadisə haqda “Corriere dello Sport”a istinadən xəbər verir.

Hadisə İtaliyanın ikinci divizionuna – B Seriyasına çıxmaq uğrunda oyunda “Focca” komandasının məğlub olmasından dərhal sonra baş verib. Apuliya təmsilçisi “Focca” Lombardiya təmsilçisi “Lekko”ya 1:3 hesabı ilə məğlub olaraq B Seriyasından kənarda qalıb.

Maraqlıdır ki, Davide Di Paskuale özü bu oyunda iştirak etməyib.

Hadisə əvvəl “Focca” tərəfindən araşdırılıb və klub bununla əlaqədar bəyanat yayaraq hadisəni komandanın kapitanı Davide Di Paskualenin özü tərəfindən törədildiyini bildirib.

“Klub, kapitanımızın törətdiyi cinayət əməlini qətiyyətlə pisləyir. Hər şeyə rəğmən, Davide və bütün komanda ilə həmrəy olduqlarını ifadə edən, həmçinin azarkeşlərin belə bir əmələ yol verməsindən şübhələnməyən azarkeşlərə də təşəkkür edirik”, deyə “Focca” klubunun bəyanatında deyilir.

“Focca”nın “qızıl” dövrü 1990-cı illərin birinci yarısında, görkəmli italyan məşqçi Zdenek Zemanın komandanı çalışdırdığı vaxta təsadüf edir. Komanda sabit surətdə A Seriyasının ortalarında yer alır və “bərk qoz” sayılırdı.

1998-ci ildən bəri, 2010 və 2021-ci illərdə Zdenek Zemanın özünün də komandanı xilas etmək üçün bir neçə dəfə qayıtmasına rəğmən, “Focca” A Seriyasına qayıda bilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: