Futzal üzrə Azərbaycan Kubokunun 2023/2024 mövsümünün 1/4 final mərhələsinin oyunlarına hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Martın 28-də Bakı İdman Sarayında keçiriləcək mərhələnin görüşlərində ədaləti qoruyacaq referiləri diqqətinizə çatdırırıq:
Azərbaycan Kuboku
1/4 final
28 mart
Neftçi İK – Yasamal Bakı
Hakimlər: Ziya Nəsirov, Nahid Xasıyev, Xəlil Xəlilov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 15:30.
Baku Fire – U-19
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 17:30.
Araz-Naxçıvan – Baku Fire-2
Hakimlər: Hikmət Qafarlı, Kənan Məlikov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 19:30.
PFL – Bakı
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Hacıəli Ağayev.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 21:30.


