Futzal: Azərbaycan Kubokunda 1/8 finalın hakimləri bəlli oldular

Futzal üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin oyunlarına hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu mərhələnin oyunları fevralın 10-da və 11-də “Olimpik Star”da keçiriləcək. Dörd qarşılaşma ilk, qalan dörd görüş isə ikinci oyun gününə təsadüf edəcək.

Qeyd edək ki, Azərbaycan kubokunda 1/4 finala vəsiqənin sahibləri bir oyuna əsasən müəyyənləşəcək.

Azərbaycan Kuboku
1/8 final
10 fevral

15:00. PFL – Metropoliten
Hakimlər: Ziya Nəsirov, Nahid Xasıyev, Ramil Namazov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”.

17:00. STAR kargo – Yasamal Bakı
Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Kənan Məlikov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”.

19:00. Neftçi İK – Timsport
Hakimlər: Mahir Məmmədov, Elgün Hüseynov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı. “Olimpik Star”.

21:00. Trabzon Azərbaycan – Bakı
Hakimlər: Ceyhun Hüseynov, Kənan Məlikov, Hikmət Qafarlı.
Hakim-inspektor: Əfqan Həməzyev.
Bakı. “Olimpik Star”.

11 fevral

15:00. Araz-Naxçıvan – Record
Hakimlər: Hacıəli Ağayev, İmran Məhərrəmov, Elgün Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”.

17:00. Baku Fire – Dalğa
Hakimlər: Ramil Namazov, Məmmədəli Kərimov, Əli Cəbrayılov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”.

19:00. Dəstə Ordubad – U-19
Hakimlər: Knyaz Əmiraslanov, Hidayət Feyzullayev, Nahid Xasıyev.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”.

21:00 Xan-Lənkəran – Baku Fire-2
Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı. “Olimpik Star”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: