Futzal üzrə Azərbaycan millisinin bu gündən etibarən Bakıda start götürəcək təlim-məşq toplanışı üçün heyəti müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, milllimizin baş məşqçisi Vitali Borisov komandaya 17 oyunçu dəvət edib.
Aprelin 12-nə qədər davam edəcək hazırlığın sonunda Azərbaycan millisinin Gürcüstana aparılacaq yekun heyəti müəyyənləşdiriləcək.
Xatırladaq ki, yığmamız aprelin 14-də və 16-da Tiflis şəhərində Gürcüstan millisi ilə iki yoldaşlıq görüşü keçirəcək.
- Emin Kürdov – Araz-Naxçıvan
- Rövşən Hüseynli – Atırau (Qazaxıstan)
- Kamran Hacıyev – Baku Fire
- Novruz Kazıxanov – Araz-Naxçıvan
- Emil Həsənzadə – Araz-Naxçıvan
- Xəzər Ağalızadə – Araz-Naxçıvan
- Tofiq Mikayılov – Baku Fire
- Kənan Manafov – Baku Fire
- Oktay Rüstəmli – Baku Fire
- Nihad İsmayılov – Baku Fire
- Fərid Atakişiyev – Neftçi İK
- Ülvi Əliyev – Neftçi İK
- Amir Şocaei – Neftçi İK
- Qüdrət Qasımzadə – U-19
- Fərid Abbasov – Baku Fire
- İlham Alıyev – U-19
- Murad Quluzadə – Baku Fire


