Futzal üzrə Azərbaycan millisi qarşıdakı Avropa çempionatına (AÇ-2026) hazırlıq məqsədi ilə noyabr ayında 2 yoxlama oyunu keçirəcək.
Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Belə ki, komandamız bu dəfə Bosniya və Herseqovina yığması ilə üz-üzə gələcək. Bu komandalar arasındakı oyunlar noyabrın 4-də və 5-də Zeniça şəhərində yerləşən Huseyn Smayloviç adına Arenada, yerli vaxtla saat 19:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsi çərçivəsində İsveç, Xorvatiya və Yunanıstanla bir qrupda mübarizə aparacaq.
Yığmamız bir müddət öncə Çexiyada bu ölkənin milli komandası ilə də iki oyun keçirmişə və məğlubiyyətə üzülmüşdü – 0:3, 2:6.


