Futzal üzrə Azərbaycan millisi bu gün Zlin şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Çexiya yığması ilə yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, bu komandalar arasında baş tutan ilk matçda meydan sahibləri qələbə qazanıblar.
Birinci hissədə 2 cavabsız top vuran rəqib ikinci hissədə hesabdakı üstünlüyünü qoruyub. Komandamız isə fasiləyə qədər azı 3 epizodda rəqib torunu silkələmək imkanına malik olsa, bunu boşa verib. Əvəzində çexlər ikinci hissədə daha bir qol vurmaqla yekun nəticəni müəyyənləşdiriblər.
Komandamızın heyətində “ən yaxşı oyunçu” Ülvi Əliyev seçilib. Görüş başa çatdıqdan sonra futzalçımız mükafatlandırılıb.
Yeri gəlmişkən, bu matçda millizin heyətində 3 futzalçı – Fərid Abbasov, Mirzə Əmirov və Eldar Zeynalov debüt edib.
Bu komandalar arasında növbəti oyun sabah – sentyabrın 20-də keçiriləcək. Qarşılaşmaya yenə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Futzal
Yoxlama oyunu
19 sentyabr
Çexiya – Azərbaycan 3:0
Qollar: David Drozd, 2:39. Adam Knoblox, 19:04. Radim Zaruba, 37:28.
Hakimlər: Radim Çep, Luboş Rygl, Lukaş Jurça.
Çexiya: 1. Mixal Hula, 5. Pavel Drozd, 9. Tomaş Koudelka, 10. Mixal Seydler, 11. David Drozd, 12. Adam Vondraçek, 2. Duşan Kunstner, 3. Matey Maur, 4. Radim Zaruba, 6. Tomaş Kuxta, 8. Filip Havrda, 13. Mixal Holi, 14. Dominik Baloq, 18. Adam Knoblox.
Baş məşqçi: Marek Kopeçki.
Azərbaycan: 1. Emin Kürdov, 7. Xəzər Ağalızadə, 8. Murad Quluzadə, 9. Ülvi Əliyev, 20. Tofiq Mikayılov, 12. Kamran Hacıyev, 19. Vladislav Reznov, 2. İlham Alıyev, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 14. Emil Həsənzadə, 10. Fərid Abbasov, 17. Oqtay Rüstəmli.
Baş məşqçi: Vitali Borisov.


