Futzal: Millimiz Tiflisə bu 14 oyunçu ilə yollanır

Aprelin 14-də və 16-da Tiflis İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyəti müəyyənləşib.

Arena.az xəbər verir ki, sabah – aprelin 13-də səfərə çıxacaq komandamızın heyətində 2-si qapıçı olmaqla ümumilikdə 14 futzalçı yer alıb.

Baş məşqçi Vitali Borisovun açıqladığı yekun siyahıda yer alan oyunçuları diqqətinizə çatdırırıq:

  1. Emin Kürdov – Araz-Naxçıvan
  2. Rövşən Hüseynli – Atırau (Qazaxıstan)
  3. Novruz Kazıxanov – Araz-Naxçıvan
  4. Emil Həsənzadə – Araz-Naxçıvan
  5. Xəzər Ağalızadə – Araz-Naxçıvan
  6. Tofiq Mikayılov – Baku Fire
  7. Kənan Manafov – Baku Fire
  8. Oktay Rüstəmli – Baku Fire
  9. Nihad İsmayılov – Baku Fire
  10. Fərid Atakişiyev – Neftçi İK
  11. Ülvi Əliyev – Neftçi İK
  12. Amir Şocaei – Neftçi İK
  13. İlham Alıyev – U-19
  14. Murad Quluzadə – Baku Fire

Xatırladaq ki, futzal yığmamız aprelin 8-dən etibarən Bakıda təlim-məşq toplanışında idi. Azərbaycan millisinin ilkin heyətində yer almış oyunçulardan Kamran Hacıyev (Baku Fire), Qüdrət Qasımzadə (U-19) və Fərid Abbasov (Baku Fire) Tiflisə aparılmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: