Futzal millimiz Xorvatiyaya böyük hesabla uduzdu

Bu gün futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının (AÇ-2026) seçmə mərhələsində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, yığmamız qitə birinciliyinin əsas mərhələsi çərçivəsində ikinci matçına keçirib.

5-ci qrupda yer alan millimiz Xorvatiya yığması ilə qarşılaşıb. Matç Pula şəhərində yerləşən Mate Parlov İdman Mərkəzində baş tutub.

Millimiz bu qrupdakı ilk oyununu Bakıda İsveç yığmasına qarşı keçirmiş və həmin oyunda qalib müəyyənləşməmişdi – 3:3. Xorvatiya millisi isə ilk oyununu məhz yığmamıza qarşı keçirib.

Bütövlükdə 11 qolun qeydə alındığı bu oyunda meydan sahibləri darmadağına seviniblər.

Futzal, AÇ-2026-nın əsas seçmə mərhələsi
5-ci qrup
31 yanvar

Xorvatiya – Azərbaycan 9:2
Qollar: Luka Periç, 2:49. Kristian Çekol, 10:54. Marko Kuraya, 15:44; 25:20. Franko Yelovçiç, 21:21. Dean Moravaç, 29:33. David Mataya, 31:14. Kristian Postruzin, 35:58. Niko Vukmir, 39:16 – Ülvi Əliyev, 27:13. Oktay Rüstəmli, 32:12.
Hakimlər: Viktor Buqenko (Moldova), Qriqori Oşomkov, Yagnar Yakobson (hər ikisi Estoniya).
Timekeeper: Dino Kramar (Xorvatiya).
Hakim-inspektor: Perri Qautye (Belçika).
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya).
Mate Parlov İdman Mərkəzi. Saat 22:15.

Xorvatiya: 12. Ante Pipliça, 3. Kristian Çekol, 7. Franko Yelovçiç (k), 9. Luka Periç, 14. Kristian Postruzin, 1. Zoran Primiç, 4. Duye Kustura, 5. Dean Moravaç, 8. Niko Vukmir, 10. Yosip Yurlina, 11. Nikola Qudasiç, 15. David Mataya, 16. Marko Kuraya, 17. Antonio Sekuliç.
Baş məşqçi: Marinko Mavroviç.

Azərbaycan: 1. Emin Kürdov (k), 7. Xəzər Ağalızadə, 8. Ülvi Əliyev, 14. Tofiq Mikayılov, 17. Nurlan Mehdizadə, 12. Rövşən Hüseynli, 2. Nihad İsmayılov, 3. Kənan Manafov, 4. Fərid Atakişiyev, 5. Oktay Rüstəmli, 6. Mirzə Əmirov, 9. Emil Həsənzadə, 10. İlham Alıyev, 20. Fərid Abbasov.
Baş məşqçi: Vitali Borisov.

Xallar: Xorvatiya – 3. Yunanıstan – 3. Azərbaycan – 1. İsveç – 1.