Futzal millimiz Yunanıstanla matçın hazırlığına başladı

Futzal üzrə Azərbaycan milli komandası Yunanıstan yığmasına qarşı keçirəcəyi oyun üçün təlim-məşq toplanışına start verib.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Belə ki, milli komandamız Avropa çempionatının (AÇ-2026) əsas mərhələsi çərçivəsində növbəti oyununu Afinada Yunanıstan yığmasına qarşı keçirəcək. Komandamız bu gündən etibarən həmin oyunun hazırlığıa başlayıb. Futzalçılarımız martın 8-nə qədər Bakıda hazırlıq keçəcəklər.

Baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərib. Millimiz səfərə martın 9-da çıxacaq.

Qeyd edək ki, martın 11-də keçiriləcək Yunanıstan – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Heyətdə bu futzalçılar yer alıblar:

  1. Emin Kürdov – Araz-Naxçıvan
  2. Rövşən Hüseynli – Astana (Qazaxıstan)
  3. Novruz Kazıxanov – Araz-Naxçıvan
  4. Emil Həsənzadə – Neftçi İK
  5. Xəzər Ağalızadə – Araz-Naxçıvan
  6. Tofiq Mikayılov – Baku Fire
  7. Kənan Manafov – Baku Fire
  8. Oktay Rüstəmli – Baku Fire
  9. Nihad İsmayılov – Baku Fire
  10. Fərid Atakişiyev – Neftçi İK
  11. Ülvi Əliyev – Araz-Naxçıvan
  12. Eldar Zeynalov – Neftçi İK
  13. Seymur Məmmədov – klubsuz
  14. Nurlan Mehdizadə – Baku Fire
  15. Kamran Hacıyev – Baku Fire
  16. Murad Quluzadə – Baku Fire
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: