Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa), həmçinin Birinci Liqada qış “transfer pəncərəsi” sabah – yanvarın 3-də açılacaq.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komandalar yanvarın 31-də saat 18:00-a qədər transfer çalışmalarını davam etdirə, yeni oyunçularını qeydiyyatdan keçirə bilərlər.


