Futzal üzrə Azərbaycan kubokunun püşkü atıldı

Bu gün AFFA-nın inzibati binasında futzal üzrə Azərbaycan kubokunun 2024/2025-ci illər mövsümünün püşkü atılıb.

Arena.az xəbər verir ki, 1/8 final mərhələsində Yüksək Liqanın 6, Birinci Liqanın 12 komandasının mübarizə aparacağı yarışda qalib komanda bir oyunda müəyyənləşəcək.

Əsas vaxt heç-heçə başa çatarsa, komandalar hər biri 5 dəqiqədən ibarət iki hissədə görüşü davam etdirəcəklər. Bu dəfə də üstünlük əldə olunmasa, penaltilər seriyasına yer veriləcək. Hər komanda 5 penalti vurmaq imkanı qazanacaq. Bu mərhələnin oyunları yanvarın 11-də və 12-də keçiriləcək.

Futzal
Azərbaycan Kuboku

1/8 final

Yasamal Bakı – Baku Fire
PFL – Baku Fire-2
Metropoliten – U-19
Neftçi İK – Yeni Suraxanı
STAR kargo – Çarşı Bakı
Dəstə Ordubad – Şuşa
Timsport – Xan-Lənkəran
Araz-Naxçıvan – Djevo Dəyirman

1/4 final

  1. Yasamal Bakı/Baku Fire – Araz-Naxçıvan/Djevo Dəyirman
  2. PFL/Baku Fire-2 – Timsport/Xan-Lənkəran
  3. Metropoliten/U-19 – Dəstə Ordubad/Şuşa
  4. Neftçi İK/Yeni Suraxanı – STAR kargo/Çarşı Bakı

Yarımfinal

1-ci cütün qalibi – 4-cü cütün qalibi
2-ci cütün qalibi – 3-cü cütün qalibi

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: