Futzal:Azərbaycan millisi Gürcüstanla yoxlama 2 oyunu keçirəcək

Futzal üzrə Azərbaycan millisi bu ilin aprel ayında Gürcüstan yığma komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Vitali Borisovun rəhbərlik etdiyi kollektiv aprelin 13-də Gürcüstana yollanacaq. Komandamız ayın 14-də və 16-da Tiflisdə yerli komanda ilə üz-üzə gələcək.

Oyunların keçirilmə vaxtı və məkanı, eyni zamanda, komandamızın heyəti hələ bəlli deyil.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: