2023/2024 mövsümündə qadın voleybolçular arasında Azərbaycan çempionatında debüt edəcək “Gəncə” komandası hazırlığını davam etdirir.
Arena.az xəbər verir ki, Gəncə şəhərində təşkil olunan hazırlıq prosesində komanda tam heyətlə iştirak edir.
Belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərlik etdiyi hazırlıq prosesinə Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberova da qatılıblar.


