Həndbol üzrə kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatlarında 6 turdan sonra bombardirlər müəyyənləşib.
Arena.az xəbər verir ki, Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Həm qadınlarda, həm də kişilərdə ən məhsuldar oyunçular “Azəryol”un üzvləridir.
Belə ki, Kamilə Bayramova qadınların mübarizəsində 48 qolla bombardirlər yarışına başçılıq edir. O, ən yaxın izləyicisini 10 qol qabaqlayır.
Kişilərin yarışında isə rəqabət daha güclüdür. Siyahıya başçılıq edən Kiril Razumov (43 qol) “Qarabağ”ın həndbolçusu Ramazan Muradovu cəmi 1 qol üstələyir.
Azərbaycan çempionatlarında 6 turdan sonra bombardirlər yarışı aşağıdakı kimidir:
Qadınlar
- Kamilə Bayramova (“Azəryol”) – 48 qol
- Sabina Mustafayeva (“İdman Akademiyası”) – 38
- Violetta Afanasyeva (“Azəryol”) – 35
- Veronika Straxova (“Azəryol”) – 33
- Minayə Məmmədova (“Qarabağ”) – 31
- Luiza Nikitşenko (“Bakı”) – 31
- Militsa Stamatoviç (“Kür”) – 30
Kişilər
- Kiril Razumov (“Azəryol”) – 43
- Ramazan Muradov (“Qarabağ”) – 42
- Röyal Mürsəlov (“İdman Akademiyası”) – 36
- Bojidar Simiç (“Kür”) – 34
- İslam Slemanov (“Qarabağ”) – 29
- Abubakar Atabo (“Kür”) – 29
- Kamran Məmmədov (“Qarabağ”) – 27
Qeyd edək ki, qadınların çempionatında 6 turdan sonra maksimum nəticə göstərən “Qarabağ” vahid liderdir. Bu komandanın hesabında 12 xal var. “Azəryol” 9 xalla ikinci, “Kür” 7 xalla üçüncü pillədə qərarlaşıb.
Kişilərin liqasında isə “Kür” 10 xalla turnir cədvəlinə başçılıq edir. İkinci-üçüncü yerləri bölüşən “Bakı” və “Qarabağ”ın isə 8 xalı var.
Mövsümün qalan hissəsi 2024-cü ildə davam etdiriləcək.


