Həndbol: “Azəryol” ardıcıl ikinci dəfə Azərbaycan çempionu oldu

Qadınlar arasında keçirilən həndbol üzrə Azərbaycan çempionatında 2022/2023 mövsümünə yekun vurulub. Arena.az xəbər verir ki, aprelin 20-də 19-cu turun, ötən gün isə sonuncu – 20-ci turun qarşılaşmaları keçirilib.

Çempionatın lideri “Azəryol” 19-cu turda “Azərsu”nu sınağa çəkib. Səviyyə fərqinin açıq-aşkar hiss olunduğu oyunda cəmi 7 dəfə fərqlənən “Azərsu” bunun qarşılığında 37 dəfə topu tordan çıxarmalı olub.

“Qarabağ” isə “İdman Akademiyası” ilə görüşdə favorit statusunu təsdiqləyib. İnamlı oyun nümayiş etdirən nominal ev sahibi görüşü 32:20 hesablı qələbə ilə başa vurub.

Bu komandaların 20-ci turdakı qarşılaşmasında da imkanları yüksək qiymətləndirilən “Qarabağ” qələbə qazanıb – 39:19. “Azəryol” isə bu turda “Azərsu” ilə daha insaflı davranıb. Liderin tam üstünlüyü ilə keçən oyun 36:15 hesabı ilə nəticələnib.

Beləliklə, mübarizəni 46 xalla başa vuran “Azəryol” növbəti dəfə həndbol üzrə Azərbaycan çempionu adına layiq görülüb. “Qarabağ” 36 xalla gümüş, “İdman Akademiyası” 26 xalla bürünc mükafata sahib çıxıb. “Azərsu” çempionatı 9, U-16 3 xalla bitirib.

1. Azəryol – 16 oyun, 15 qələbə, 1 heç-heçə (643-217) – 46 xal

2. Qarabağ – 16 oyun, 12 qələbə, 4 məğlubiyyət (641-334) – 36 xal

3. İdman Ak. – 16 oyun, 8 qələbə, 1 heç-heçə, 7 məğlubiyyət (535-423) – 26 xal

4. Azərsu – 16 oyun, 3 qələbə, 13 məğlubiyyət (273-599) – 9 xal

5. U-16 – 16 oyun, 1 qələbə, 15 məğlubiyyət (254-679) – 3 xal

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: