Həndbol: “Bakı” və “Dinamo”dan qələbə

Kişilər və qadınlar arasında keçirilən həndbol üzrə 30-cu Azərbaycan çempionatında bu gün 2023/2024 mövsümünün 7-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk gündə həm qadınların, həm də kişilərin liqasında bir oyun keçirilib.

Qadınların mübarizəsində autsayderlər zonasında qərarlaşmış “Bakı” ilə “Gənclər Birliyi” komandaları üz-üzə gəliblər. Hələ də xal qazana bilməyən “Gənclər Birliyi” növbəti dəfə meydançanı məğlub tərk edib – 25:35.

Kişilərdə isə hesabında xal olmayan “Dinamo”nu 49:24 hesabı ilə məğlub edən “Azəryol” xallarının sayını 8-ə yüksəldərək, liderlər qrupuna yaxınlaşıb.

Xatırladaq ki, kişilərdə 7-ci turun digər oyunları yanvarın 13-də, qadınlarda isə 14-ü və 21-də keçiriləcək.

Həndbol, Azərbaycan çempionatı
7-ci tur
11 yanvar

Qadınlar
“Bakı” – “Gənclər Birliyi” 35:25

Xal: “Qarabağ” – 12, “Azəryol” – 9. “Kür” – 7, “İdman Akademiyası” – 6, “Bakı” – 4, “Gənclər Birliyi” – 0.

Kişilər
“Azəryol” – “Dinamo”nu 49:24

Xal: “Kür” – 10, “Bakı”, “Qarabağ” – 8, “Azəryol” – 8, “İdman Akademiyası” – 2, “Təhsil”, “Dinamo” – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: