Kişilər arasına keçirilən həndbol üzrə Azərbaycan çempionatında 2023/2024 mövsümünün 5-ci turuna bu gün yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu qarşılaşmasında “Kür” və “İdman Akademiyası” komandaları üz-üzə gəliblər.
“Kür” Olimpiya Tədris İdman Mərkəzində baş tutan oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər – 42:17.
Xatırladaq ki, kişilər arasında keçirilən Azərbaycan çempionatında 5-ci turun əvvəlki oyunları ötən gün keçirilmişdi. “Təhsil” “Qarabağ”a 22:36 hesabıyla uduzmuşdu. “Bakı” isə “Azəryol”la matçdan 29:31 hesablı məğlubiyyətlə ayrılmışdı.


